55636e87-8ded-4c4c-b299-a2c156ce49a5..jpg

Bir yanda erməni vandallarının dağıtdığı evlər, digər yanda açan dağ çiçəkləri: Başlıbeldən görüntülər – FOTO

Baxış sayı: 704 dəfə baxılıb.

Bir yanda erməni vandallarının dağıtdığı evlər, digər yanda açan dağ
çiçəkləri: Başlıbeldən görüntülər – FOTO

Təbiət möcüzəsi olan Kəlbəcər rayonunun ən səfalı guşələrindən biri Başlıbel
kəndidir. Dəlidağın ətəyində, Başlıbel çayının sahilində yerləşən bu kəndin
təbiəti ilin bütün fəsillərində gözəlliyi ilə seçilir. Aprel ayının ikinci
yarısı olmasına baxmayaraq, dağlar qoynunda yerləşən Başlıbelə bahar təzəcə
gəlib.

Bir yandan erməni vandallarının dağıdaraq viran qoyduğu kəndin ürək dağlayan
görüntüləri kədər doğurursa, digər yandan ağ örpəyə bürünmüş Dəlidağ, təzəcə
yaşıllaşmağa başlayan yaylaqlar, baş qaldıran dağ çiçəkləri, təbiətin sükutunu
pozan çayın şırıltısı insanı valeh edir.

Çox keçməyəcək azadlığına qovuşmuş Başlıbel kəndi yenidən qurularaq 30 il
əvvəlki xoşbəxt günlərinə qovuşacaq. Əminliklə demək olar ki, kənd dağ
turizminin inkişaf etdiyi məkan kimi də şöhrət qazanacaq.

AZƏRTAC-ın Başlıbel kəndindən çəkdiyi görüntüləri təqdim edirik:

Source link