829a134e-8ffb-4f4d-89c8-e678de64348e..jpg

BMT Azərbaycanın Baş Assambleyanın xüsusi sessiyasının çağırılması tələbini qəbul edib – FOTO

Baxış sayı: 719 dəfə baxılıb.

BMT Azərbaycanın Baş Assambleyanın xüsusi sessiyasının çağırılması tələbini
qəbul edib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

BMT Azərbaycanın Baş Assambleyanın xüsusi sessiyasının çağırılması tələbini
qəbul edib.

“Report” xəbər verir ki, bu barədə Baş Assambleyanın prezidentinin sözçüsü
Monika Qreyli jurnalistlərə açıqlamasında deyib.

Belə ki, BMT Baş Assambleyasının 78-ci sessiyasının prezidenti, Trinidad və
Tobaqonun sabiq Baş naziri və BMT yanında daimi nümayəndəsi Dennis Frensis
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi məktub göndərib.

Məktubda BMT Baş Assambleyasının prezidenti Azərbaycanın Qoşulmama Hərəkatının
Koordinasiya Bürosunun sədri qismində fövqəladə xüsusi sessiyanın çağırılması
tələbini qəbul etdiyini bildirib.

Qeyd olunub ki, Baş Assambleyanın xüsusi sessiyası 26 oktyabr tarixində BMT-yə
üzv olan 120 ölkənin, 18 müşahidəçi ölkənin və 10 müşahidəçi təşkikatın
iştirakı ilə BMT-nin Nyu-Yorkdakı qərargahında baş tutacaq.

Source link