BMT eksperti: “Facebook” yırtıcı heyvana çevrilib

BMT eksperti: “Facebook” yırtıcı heyvana çevrilib

Baxış sayı: 2. 503 dəfə baxılıb.

Birləşmiş Millətlər Təşkilatının ekspertləri  Myanmada Rohinca müsəlmanlarına qarşı nifrətin artmasında “Facebook”un həll edici rol oynadığını bildirib.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Arakanda müsəlmanların soyqırımı ilə bağlı iddiaları araşdıran BMT təhqiqatçılarından biri, adı çəkilən sosial şəbəkənin “yırtıcı heyvana” çevrildiyini dilə gətirib.

Avqust ayında Myanmanın Rakxayn ştatında müsəlmanlara qarşı hərbi kampaniyanın başlanmasından bəri Banqladeşə 700 mindən çox insan qaçıb.

“Facebook” rəhbərliyi ittihamları rədd edərək,  bu platformada etnik-dini zəminli nifrət dolu çıxışlara yer olmadığını açıqlayıb.

“Biz bu məsələyə ciddi yanaşırıq, bir neçə ildir ki, Myanmadan olan ekspertlərlə təhlükəsiz resurslar ərsəyə gətirir və belə zorakılıqlara qarşı əks-təbliğat kampaniyası aparırıq.” deyə Facebook sözçüsü bildirib.

Qeyd edək ki, BMT-nin Myanma ilə bağlı təhqiqat qrupu  bazar ertəsi ilkin araşdırmanın nəticələrini elan edib.

Mətbuat konfransında missiyanın rəhbəri Marzuki Darusman, sosial medianın, o cümlədən “Facebook”un Myanmada  Rohinca müsəlmanlarına qarşı nifrətin artmasına əhəmiyyətli dərəcədə təsir etdiyini bildirib.

.
www.ÇıxışYolu.Com