57933357-e89b-4c05-9a9a-5e9c44f06c49..jpg

BMTM: “Okamponun hesabatı BMT TŞ-nin iclasından əvvəl ölkələrin dəstəyini cəlb etmək məqsədi daşıyır”

Baxış sayı: 578 dəfə baxılıb.

BMTM: “Okamponun hesabatı BMT TŞ-nin iclasından əvvəl ölkələrin dəstəyini cəlb
etmək məqsədi daşıyır”

Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) keçmiş prokuroru Luis Moreno Okamponun
Azərbaycan əleyhinə hazırladığı hesabat qərəzlidir və BMT Təhlükəsizlik
Şurasının (TŞ) iclasından əvvəl bir sıra dövlətlərin dəstəyini cəlb etmək
məqsədi daşıyır.

“Report” xəbər verir ki, bu barədə Beynəlxalq Münasibətlərin Təhlili
Mərkəzinin (BMTM) məqaləsində deyilir.

“Okampo faktlara və qanuna “mətbəx təfəkkürü” ilə yanaşır. Bu yanaşma isə heç
bir şəkildə Ermənistanın işini irəli aparmadı. Əksinə, bu siyasi çalarlı rəy
BMT TŞ-nin 2023-cü il avqustun 16-na təyin edilmiş fövqəladə iclasının
keçirilməsində bir sıra əsas dövlətlərin dəstəyini cəlb etmək məqsədi
daşıyırmış”, – məqalədə deyilir.

O da qeyd olunub ki, Soyqırımı haqqında Konvensiyaya əsasən, Ermənistan
Azərbaycana qarşı Beynəlxalq Ədalət Məhkəməsində iddia qaldıra bilər: “Lakin
onun belə bir iddia ilə çıxış etməməsi onları təsdiq edəcək hər hansı sübutun
və bununla bağlı özlərinə əminliyin olmamasından xəbər verir”.

Mərkəzin analitikləri belə qənaətə gəliblər ki, Okamponun “şübhəli
reputasiyası” və Azərbaycana qarşı qərəzli münasibəti ilə yanaşı, rəyin hüquqi
və faktiki çatışmazlıqları onun beynəlxalq təşkilatlar, KİV və məhkəmə
orqanları tərəfindən istifadəsi zamanı diqqətlə araşdırılmasını tələb edir.

Daha əvvəl beynəlxalq hüquq eksperti, “Temple Garden Chambers” hüquq
firmasının müşaviri Rodni Dikson da Beynəlxalq Cinayət Məhkəməsinin (BCM)
keçmiş prokuroru Luis Moreno Okamponun 7 avqust 2023-cü il tarixli ekspert
rəyində irəli sürülən iddiaların əsassız və tamamilə etibarsız olduğu qənaətinə
gəlib.

Source link