2d4bdfc1-72d4-44c8-8d15-52393b98a4a5..jpg

Bolqarıstandakı növbədənkənar parlament seçkilərinin nəticələri məlum oldu

Baxış sayı: 1. 004 dəfə baxılıb.

Bolqarıstandakı növbədənkənar parlament seçkilərinin nəticələri məlum oldu

Bolqarıstanda keçirilən növbədənkənar parlament seçkilərində keçmiş baş nazir
Boyko Borisovun “Bolqarıstanın Avropa Yolu ilə İnkişafı Uğrunda Vətəndaş
Hərəkatı” Partiyası ilə Demokratik Qüvvələr İttifaqının koalisiyası qalib gəlib.

Ölkənin Mərkəzi Seçki Komissiyasının saytında dərc olunmuş məlumata görə, yeni
parlamentə cəmi 6 partiya və siyasi qrup keçə bilib.

Bildirilib ki, seçkidə fəallıq 40,63 faiz olub. Səsvermə siyahılarına daxil
edilmiş 6 milyon 594 min 593 seçicidən 2 milyon 679 min 234 seçici səsvermədə
iştirak edib.

MSK-nın məlumatına görə, seçkilərin rəsmi nəticələri səsvermə məlumatlarının
əlavə yoxlanışından sonra aprelin 6-dan gec olmayaraq elan ediləcək.

Mənbə: TASS

Source link