7a3c60a3-9719-4db4-b853-20a170419a82..jpg

“Borussiya” zəif rəqibi ilə bacarmadı – VİDEO

Baxış sayı: 888 dəfə baxılıb.

“Borussiya” zəif rəqibi ilə bacarmadı – VİDEO

Almaniya Bundesliqasında XXX tura start verilib.

Cixisyolu.com xəbər verir ki, lider “Borussiya” turnir cədvəlinin aşağı sıralarında
qərarlaşan “Bohum”un qonağı olub.

Matçda qalib müəyyənləşməyib – 1:1. Antonio Losillanın hesabı açdığı matçda
“Borussiya”ya xal qazandıran qolu Kərim Adeyemi vurub.

Dortmund klubu hazırda 61 xalla liderdir. Edin Terziçin komandası ən yaxın
izləyicisi “Bavariya”nı iki xal üstələyir. Münhenlilərin ehtiyatda bir oyunu da
var.

“Bohum” isə 28 xalla 15-cidir. Komandanı düşmə zonasından üç xal ayırır.


Source link