c658b02b-4280-462b-8e6d-9a017151714b..jpg

BOTAŞ ilə SOCAR Avropaya qaz tədarükü üçün birgə şirkət yaradıblar

Baxış sayı: 775 dəfə baxılıb.

BOTAŞ ilə SOCAR Avropaya qaz tədarükü üçün birgə şirkət yaradıblar

Türkiyə ilə Azərbaycanın enerji sahəsində əməkdaşlıq əlaqələri yüksələn xətlə
inkişaf edir. Türkiyənin BOTAŞ və Azərbaycanın SOCAR şirkətləri birgə şirkət
yaradıblar və Avropaya qaz tədarük edəcəklər.

AZƏRTAC xəbər verir ki, bu sözləri “CNN Türk” televiziya kanalında çıxış edən
Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz deyib.

O bildirib ki, Balkan dövlətləri bizdən (Türkiyə və Azərbaycandan) təbii qaz
almaq istəyirlər. Azərbaycan Türkiyəyə böyük həcmdə sərmayə yatırıb və bu
sahədə əməkdaşlıq əlaqələri daha da inkişaf edəcək. Avropaya qaz satışı
istiqamətində icra olunan layihələri Türkiyə ilə Azərbaycan həyata keçirəcək.

Nazir diqqətə çatdırıb ki, yaxın gələcəkdə Türkiyə qaz satışı mərkəzinə
çevriləcək və Azərbaycan da bunu dəstəkləyir.

Source link