Bozdağ: Afrində terror və terrorçular bitsə də, görüləcək çox işlərimiz var

Bozdağ: Afrində terror və terrorçular bitsə də, görüləcək çox işlərimiz var

Baxış sayı: 2. 620 dəfə baxılıb.

Hələlik işimiz bitməyib, Afrində görüləcək çoxlu işlərimiz var.

ÇıxışYolu.Com-ın xəbərinə görə, bunu Tükiyə baş nazirinin müavini və hökumət sözçüsü Bəkir Bozdağ bildirib.

Onun sözlərinə görə, Afrin əvvəlcə silah-sursatlarlardan təmizlənəcək:

“Sonra isə Afrinin ətrafındakı, yəni, şəhər mərkəzinə bağlı məntəqələr nəzarət altına alınacaq və bölgə terrorçulardan, bomba və digər silahlardan təmizlənəcək. Terrordan və terrorçulardan təmizlənərək nəzarət altına alınan yerlərdə həyatın, yaşayışın normallaşdırılması, təmin edilməsi üçün təcili, sürətli addımmlar atılacaq, xüsusilə, qida ilə bağlı problemin yaşanmaması üçün tədbirlər artırılacaq.

Bir sözlə, yaralar sarılacaq, sabitlik, sakitlik, sülh, təhlükəsizlik yenidən bərqərar ediləcək. Bəli, daha çox görüləcək işlərmiz var. Amma Afrində terror və terrorçular bitdi, məhv edildi. Afrin əhalisi üzərində terror təşkilatlarının qurduğu təzyiq və zülm sona çatdı. Artıq Afrin əhalisi azadlıq, təhlükəsizlik, hüzur, sülh və firavanlıq içində yaşayacaq”,  – deyə, Bozdağ sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

www.ÇıxışYolu.Com