BQXK rəsmisi: “İtkin düşmüş şəxslərin meyit qalıqlarının 75 faizi azad olunan
ərazilərdədir”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Bizdə olan məlumata əsasən, itkin düşmüş şəxslərin meyit qalıqlarının 75%-i
məhz azad olunan ərazilərdədir”.
Cixisyolu.com xəbər verir ki, bunu Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) itkin
düşmüş şəxslərlə əlaqədar proqramının rəhbəri Samir Hacımustaviç qurumun media
nümayəndələri üçün keçirdiyi brifinqdə deyib.
“Tərəfimizdən arxivdə olan məzarlıq yerləri barədə aidiyyəti qurumlara məlumat
verilib. Ümumilikdə 400-dən çox mümkün dəfn yeri müəyyən edilməklə onlardan
23-ü yüksək dəqiqlikli, 64-ü orta və 320-si aşağı dəqiqlikli yerlər kimi təsnif
edilib”.
Qeyd edək ki, 2022-ci ilinin sonunadək itkin düşmüş şəxslərin ailələrindən 10
800 bioloji referant nümunəsi toplanılıb və aidiyyəti üzrə təqdim olunub.
Aysel Aslan