924cc8e1-51ea-455d-b315-0755ab42c4fc..jpg

Braziliyada “Telegram”ın fəaliyyəti dayandırıldı

Baxış sayı: 798 dəfə baxılıb.

Braziliyada “Telegram”ın fəaliyyəti dayandırıldı

Braziliya məhkəməsi “Telegram” sosial platformasının yerli neonasist qrupları
və kanallarının administratorları və üzvlərinin tam məlumatlarını yerli polisə
ötürmədiyi üçün ölkədə messencerin işini dayandırıb.

Məlumata görə, “Telegram” bəzi məlumatları paylaşıb, lakin bura, məsələn,
istintaqı maraqlandıran telefon nömrələrini daxil etməyiblər.

Bununla əlaqədar olaraq, məhkəmə provayderlərə və tətbiq mağazalarına
“Telegram”a girişi dərhal məhdudlaşdırmağı əmr edib.

Braziliya Federal Polisinin Kəşfiyyat İdarəsi bildirib ki, əsas
telekommunikasiya operatorları, həmçinin “Google” və “Apple” korporasiyalarına
tezliklə bu tələblə məktublar göndəriləcək.

Məhkəmə messencerin işini dayandırmaqla yanaşı, tələblərə əməl etmədiyi üçün
şirkətə tətbiq edilən cəriməni də artırıb. İndi “Telegram” gündə 100 min
əvəzinə bir milyon Braziliya realı (200 min dollar) ödəyəcək.

Qeyd edək ki, məhkəmə sisteminin “Telegram”a qarşı iddialarına səbəb 2022-ci
ilin noyabrında Arakruz şəhərində (Espirito Santo ştatı) 16 yaşlı şagirdin iki
məktəbə silahlı hücumu olub. İnsident nəticəsində 3 nəfər ölüb, 11 nəfər
yaralanıb. İstintaq zamanı məlum olub ki, hücum edən şəxs bir neçə antisemit
“Telegram” kanalının üzvü olub.

Mənbə: lenta.ru

Source link