d1bc5aac-cbba-4626-ab85-db63576fdde3..jpg

Britaniya məmurlarına “TikTok”dan istifadə qadağan olundu

Baxış sayı: 1. 148 dəfə baxılıb.

Britaniya məmurlarına “TikTok”dan istifadə qadağan olundu

Böyük Britaniya rəsmi şəxslərə Çin sosial şəbəkəsi “TikTok”dan iş
telefonlarında istifadə etməyi qadağan edib.

Bu barədə Lankaster Hersoqluğunun kansleri Oliver Douden bildirib.

Qərar sosial şəbəkənin hökumət məlumatlarını əldə etmə riski ilə bağlıdır.

Douden bildirib ki, sosial şəbəkədən istifadənin məhdudlaşdırılması
“kibertəhlükəsizlik üzrə ekspertlərimizin məsləhəti ilə” atılan “müdrik”
addımdır. O əlavə edib ki, iş telefonlarındakı “TikTok” dərhal bloklanacaq.

Britaniya hakimiyyətinin qərarına cavab olaraq, “TikTok” məyus olduğunu
bildirib.

“Biz inanırıq ki, bu qadağalar əsaslı yanlış təsəvvürlərə əsaslanır və
geosiyasətdən irəli gəlir”, – deyə sosial şəbəkənin mətbuat xidməti bildirib.

Mənbə: vedemosti.ru

Source link