Britaniya Suriyanı bombalamaqdan imtina etdi

Britaniya Suriyanı bombalamaqdan imtina etdi

Baxış sayı: 2. 306 dəfə baxılıb.

Böyük Britaniyanın baş naziri Tereza ABŞ prezidenti Donald Trampa bəyan edib ki, rəsmi Londona Suriyaya qarşı hərbi əməliyyatlara qoşulmaq üçün bu ölkədə kimyəvi silahın tətbiqinə dair daha çox sübut lazımdır.

ÇıxışYolu.Com-ın xəbərinə görə, bu barədə çərşənbə günü, aprelin 11-də, “Times” qəzeti yazır.

Mey sürətli qisasda iştirak edib. 

Qeyd edək ki, hazırda Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatının ekspertləri Duma şəhərinə yollanıblar.

Bir sıra qeyri-hökumət təşkilatlarının iddialarına əsasən, aprelin 6-da hökumət qoşunları Dumada kimyəvi silah tətbiq ediblər. Kimyəvi hücum nəticəsində 78 nəfər ölüb, yüzlərlə insan yaralanıb.

www.ÇıxışYolu.Com