Britaniya XİN-i Rusiyaya qarşı videoçarx hazırladı – VİDEO

Britaniya XİN-i Rusiyaya qarşı videoçarx hazırladı – VİDEO

Baxış sayı: 2. 588 dəfə baxılıb.

Britaniyanın xarici işlər naziri “Rusiyanın təcavüzünü” açıq şəkildə izah edən videoçarx hazırlayıb.

ÇıxışYolu.Com “Lenta.ru”ya istinadən xəbər verir ki, “Twitter”də dərc olunan həmin videomaterialda “Moskvanın mövcud dünya düzənini məhv etməyə çalışdığı” bildirilir.

Təqdimat “Salsburidə keçmiş rus casusu Skripala qarşı sinir-paralitik maddələrdən istifadə,  Rusiya dövlətinin yaxşı planlaşdırdığı təcavüz sxemi əsasında həyata keçirilib” sözləri ilə başlayır.  

Ardınca britaniyalılar 2006-cı ildə keçmiş FTX əməkdaşı Aleksandr Litvinenkonun Londonda zəhərləndiyini xatırladır.  Bundan sonra XİN-nin baxışına görə, əlamətdar olan təqvimlər  təqdim olunur.

“2008-ci ilin avqust ayında Gürcüstanın ərazi bütövlüyünə hörmətsizlik”, “2014-ci ildə Krımın ilhaq edilməsi”, “2015-ci ildə Almaniya parlamentinə kiberhücum” və digər təqvimlər xronoloji ardıcıllıqla göstərilir.

.
www.ÇıxışYolu.Com