Britaniyalı diplomat: Rusiya MN-i arsızcasına yalan danışır

Britaniyalı diplomat: Rusiya MN-i arsızcasına yalan danışır

Baxış sayı: 2. 326 dəfə baxılıb.

Britaniyanın Duma şəhərində (Suriya) baş verən kimyəvi hücumla heç bir əlaqəsi yoxdur

ÇıxışYolu.Com “Reuters”ə istinadən xəbər verir ki, bunu Britaniyanın BMT-dəki daimi nümayəndəsi Kəren Pirs bəyan edib.

“Bu cəfəng, arsız bir yalandır, bu bizim Rusiya təbliğat maşınından indiyə kimi aldığımız saxta xəbərlərdən ən pisidir”,- deyə Pirs qeyd edib.

Bundan əvvəl Rusiyanın MN-nin rəsmi nümayəndəsi İqor Konaşenkov, Suriyada kimyəvi silahdan istifadə olunması ilə bağlı təxribatın Britaniyanın təzyiqləri əsasında gerçəkləşdiyini bildirmişdi.

.
www.ÇıxışYolu.Com