Britaniyalı parlamentari hökuməti Azərbaycanın minatəmizləmə ilə bağlı
təşəbbüsünə dəstək verməyə çağırıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Britaniya Parlamentinin üzvü, Partlayıcı Qurğulardan Qaynaqlanan Təhdidlər
üzrə parlament qrupunun sədri Metyu Offord London hökumətini Azərbaycanın
minatəmizləmə ilə bağlı təşəbbüsünə dəstək verməyə çağırıb.
“Report” xəbər verir ki, “Dayanıqlı İnkişaf məqsədlərinə dair müzakirələr”də
çıxış edən deputat ötən ilin mayında Azərbaycanda həyata keçirilən
minatəmizləmə fəaliyyəti ilə yerində tanış olduğunu bildirib.
O, ərazilərin minalardan təmizlənməsi nəticəsində təhsil, məşğulluq, ən əsası
insanların öz evlərinə qayıda bilməsi üçün imkan yarandığnı qeyd edib.
M.Offord ərazilərin minadan təmizlənməsinin təkcə mövcud Dayanıqlı İnkişaf
Məqsədlərinə nail olunması deyil, bir sıra digər sahələrdə də müsbət
nəticələrin əldə edilməsinə göstərdiyi təsiri vurğulayıb.
Deputat Britaniya hökumətini Azərbaycanın humanitar minatəmizləmənin BMT
tərəfindən 18-ci Dayanıqlı İnkişaf Məqsədi elan edilməsi ilə bağlı təşəbbüsünə
dəstək verməyə çağırıb.