00c19e0a-ac5d-4a69-9bce-dcdf570d6d87..jpg

Bu gün Vaşinqtonda Hüseyn Cavidin anım günü elan olunub – FOTO

Baxış sayı: 689 dəfə baxılıb.

Bu gün Vaşinqtonda Hüseyn Cavidin anım günü elan olunub – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oktyabrın 24-ü ABŞ-nin paytaxtı Vaşinqtonda Azərbaycan ədəbiyyatının görkəmli
nümayəndəsi, mütəfəkkir şair və dramaturq Hüseyn Cavidin anım günü elan edilib.

Bununla bağlı Vaşinqton meri Muriel Bauzer bəyannamə imzalayıb.

Bəyannamədə 141 il əvvəl anadan olmuş, ideyaları günümüzün qlobal
çağırışlarını əks etdirməkdə davam edən, tanınmış Azərbaycan şairi və
dramaturqu Hüseyn Cavidin həyat və irsinə ehtiramlar ifadə olunur. Qeyd edilir
ki, Azərbaycan ədəbiyyatında mütərəqqi romantizmin banilərindən biri olan
Hüseyn Cavid yaradıcılığında totalitarizmlə cəsarətlə qarşı-qarşıya duraraq, öz
dövrünün zülmünü, ədalətsizliyini, ayrı-seçkiliyini rədd edərək, azad və
ədalətli dünya ideyalarını əhatələyib.

Qeyd edək ki, ötən il Vaşinqton şəhərində Hüseyn Cavidin 140 illik yubileyi
günündə ədibin barelyefinin açılışı olub. Barelyef Vaşinqtonun tarixi Corctaun
ərazisində yerləşən ABŞ-Azərbaycan Ticarət Palatasının inzibati binasının
üzərinə vurulub.

Layihə ABŞ-Azərbaycan Ticarət Palatası, ölkəmizin ABŞ-dəki Səfirliyi və
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin birgə fəaliyyəti nəticəsində
ərsəyə gəlib.

Bundan əvvəl isə Vaşinqtonda oktyabrın 24-ü Azərbaycan ədəbiyyatının görkəmli
nümayəndəsi, mütəfəkkir şair və dramaturq Hüseyn Cavidin 140 illiyi
münasibətilə anım günü elan edilib.

Mer Muriel Bauzerin imzaladığı bəyannamədə XX əsrdə yaşamış görkəmli
Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin həyatı və irsi ehtiramla yad
edilir. Vaşonqton meri Hüseyn Cavidin Azərbaycan ədəbiyyatında mütərəqqi
romantizmin banilərindən biri olduğunu, onun azad və ədalətli dünya,
ədalətsizlik və ayrı-seçkiliklə mübarizə ideallarının günümüzün qlobal
çağırışlarını əks etdirdiyini qeyd edib, görkəmli şairin 1956-cı ildə rəsmi
olaraq bəraət aldığını vurğulayıb.

Source link