da551b05-3b16-4e43-9c9c-1c13ba9ee36d..jpg

Bu gün Xankəndi-Laçın yolunda sülhməramlıların 46 avtomobili maneəsiz keçib – YENİLƏNİB + FOTO/VİDEO

Baxış sayı: 924 dəfə baxılıb.

Bu gün Xankəndi-Laçın yolunda sülhməramlıların 46 avtomobili maneəsiz keçib –
YENİLƏNİB + FOTO/VİDEO

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus 5
avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

“Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, toplanış
yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, həmin minik və yük avtomobilləri aksiya keçirilən ərazidən maneəsiz
hərəkət ediblər.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq,
humanitar məqsədlər üçün açıqdır.

Bununla da bu gün bu dəqiqələrə qədər Xankəndi-Laçın yolunda maneəsiz hərəkət
edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 46-ya çatıb.

17:54

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus 2
avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

“Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, toplanış
yerində nəqliyyat vasitəsinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, 2 yük avtomobili Xankəndidən Laçın istiqamətinə maneəsiz hərəkət
ediblər.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq,
humanitar məqsədlər üçün açıqdır.

Bununla da bu gün Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edən Rusiya
sülhməramlılarına məxsus avtomobillərin sayı 41-ə çatıb.

17:35

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus 3
avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

“Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, toplanış
yerində nəqliyyat vasitəsinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, 2 minik avtomobili Laçından Xankəndiyə, 1 minik maşın isə əks
istiqamətə maneəsiz hərəkət ediblər.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq,
humanitar məqsədlər üçün açıqdır.

Bununla da bu gün Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edən Rusiya
sülhməramlılarına məxsus avtomobillərin sayı 39-a çatıb.

15:20

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus 23
avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

“Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, toplanış
yerində nəqliyyat vasitəsinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, 1 yük avtomobili Laçından Xankəndi, 2 minik və 20 yük maşını isə əks
istiqamətə maneəsiz hərəkət ediblər.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq,
humanitar məqsədlər üçün açıqdır.

Bununla da bu gün Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edən Rusiya
sülhməramlılarına məxsus avtomobillərin sayı 36-ya çatıb.

09:52

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus 3
avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

“Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, toplanış
yerində nəqliyyat vasitəsinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, 1 minik və 2 yük avtomobili Xankəndidən Laçın istiqamətinə maneəsiz
hərəkət ediblər.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq,
humanitar məqsədlər üçün açıqdır.

Səhər saatlarında daha bir avtomobilin maneəsiz keçidini nəzərə alsaq, bu gün
bu dəqiqələrə qədər Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edən Rusiya
sülhməramlılarına məxsus avtomobillərin sayı 4-ə çatıb.

Xatırladaq ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı
yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz
aksiyası 98 gündür fasiləsiz olaraq davam edir.

Aksiya ötən ilin dekabrın 12-də səhər saatlarından başlayıb.

Belə ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir
hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət
təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji
terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin
komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat
Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi
yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar
Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin
müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının
qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin
monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından
monitorinq baş tutmayıb.


Source link