8a9758a1-8d8e-4718-9d6c-d3ac2c7865cb..jpg

Bu gün Xankəndi-Laçın yolunda sülhməramlıların 66 avtomobili maneəsiz keçib – YENİLƏNİB + FOTO/VİDEO

Baxış sayı: 770 dəfə baxılıb.

Bu gün Xankəndi-Laçın yolunda sülhməramlıların 66 avtomobili maneəsiz keçib –
YENİLƏNİB + FOTO/VİDEO

Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus
avtomobillərin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

“Report” xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz
hərəkəti təmin olunub.

Belə ki, sülhməramlılara məxsus 9 avtomobil Xankəndi-Laçın yolunda hər iki
istiqamətə maneəsiz hərəkət edib.

Bu isə bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq,
humanitar məqsədlər üçün açıqdır.

Bununla da bu gün bu dəqiqələrə qədər Xankəndi-Laçın yolunun hər iki
istiqamətində hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı
66-ya çatıb.

11:42

Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus
avtomobillərin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

“Report” xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz
hərəkəti təmin olunub.

Belə ki, sülhməramlılara məxsus 1 yük avtomobilinin Laçından Xankəndi və 6
minik, 1 zirehli, 1 yük avtomobilinin isə əks istiqamətə maneəsiz hərəkət
etməsinə şərait yaradılıb. Rusiya sülhməramlılarına məxsus 1 hərbi sərnişin
daşıyan avtomobildə isə Xankəndi istiqamətindən erməniəsilli şəxslər Laçın
istiqamətinə aparılıblar.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq,
humanitar məqsədlər üçün açıqdır.

Bununla da bu gün bu dəqiqələrə qədər Xankəndi-Laçın yolunun hər iki
istiqamətində hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı
9-a çatıb.
08:24
Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz
istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 135 gündür
davam edir.

“Report”un hazırda ərazidə olan əməkdaşı xəbər verir ki, aksiya iştirakçıları
tərəfindən Azərbaycanın Dövlət Sərhəd Xidməti bölmələrinin ölkəmizin suveren
ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında
sərhəd-buraxılış məntəqəsi qurması böyük sevinc və coşqu ilə qarşılanıb.

Belə ki, aksiya iştirakçıları ölkəmizin rəsmi qurumları tərəfindən yayılan bu
xəbəri alqışlarla qarşılayıblar.

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı
əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası 135 gündür
davam edir.

Belə ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir
hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət
təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji
terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin
komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat
Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi
yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar
Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin
müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının
qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin
monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından
monitorinq baş tutmayıb.


Source link