7592c5f3-135c-4c57-b737-2dc6866a33ef..jpg

Büdcəyə edilən dəyişikliklərdən sonra hansı xərclər artırılacaq? – AÇIQLAMA

Baxış sayı: 722 dəfə baxılıb.

Büdcəyə edilən dəyişikliklərdən sonra hansı xərclər artırılacaq? – AÇIQLAMA

“Bu ilin birinci rübü üzrə dövlət büdcəsi gəlirlərinin proqnozdan artıq icra
olunması 2023-cü ilin dövlət büdcəsinə yenidən baxılmasına zəmin yaradıb”.

Bu barədə millət vəkili Vüqar Bayramov sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, İqtisadi Şuranın sonuncu iclasında 2023-cü ilin dövlət
büdcəsinə yenidən baxılması (dürüstləşmə) məsələsi müzakirə olunub. Büdcəyə
ediləcək dəyişikliklərdən sonra büdcənin gəlir və xərclərində artımların
olacağı gözlənilir.

“Hələlik dürüstləşmə ilə bağlı konkret layihə ictimaiyyətə təqdim edilmədiyi
üçün hansı istiqamətlər üzrə daha çox vəsaitin ayrılacağını indidən söyləmək
mümkün olmasa da, bu zaman milli prioritetlərin nəzərə alınacağı istisna deyil.
Belə ki, sosial təminatın daha gücləndirilməsi, işğaldan azad olunmuş ərazilərə
böyük qayıdışın sürətləndirilməsi, dayanıqlı artan rəqabətqabiliyyətli
iqtisadiyyatın müdafiəsi prioritetliyini qoruyub saxlamaqdadır”, – deyə
V.Bayramov qeyd edib.

Qeyd edək ki, 2023-cü il dövlət büdcəsinin gəlirləri 30,7 milyard, xərcləri
33,3 milyard manatdır. Mövcud büdcə sənədinə əsasən, 2023-cü ildə dövlət
büdcəsindən əməkhaqqı və pensiya ödənişləri daxil olmaqla 15,2 milyard manat
sosial sahəyə yönəldiləcək. Bu ümumi büdcə xərclərinin 45,6 faizi deməkdir.

Source link