Cənubi Koreyanı zəhərli qatı duman bürüyüb

Cənubi Koreyanı zəhərli qatı duman bürüyüb

Baxış sayı: 3. 438 dəfə baxılıb.

Koreya Respublikası hökuməti bazar ertəsi günü atmosferdəki təhlükəli mikrohissəciklərin konsentrasiyasının artması ilə bağlı təcili tədbirlər həyata keçirib. Hazırda ölkə üzrə orta hesabla onların səviyyəsi təhlükəli səviyyədən dörd-beş dəfə çoxdur.

ÇıxışYolu.Com TASS-a istinadən xəbər verir ki, bu barədə Ətraf Mühitin Mühafizəsi Nazirliyi bildirib.

Hökumət ölkənin bir çox regionlarında qatı dumana qarşı mübarizə aparmaq məqsədi ilə avtomobillərin hərəkətini məhdudlaşdırıb, ictimai parklama yerlərini bağlayıb, havanı çirkləndirən müəssisələrin iş saatlarını azaldıb. Bütün küçəsulayan maşınlar Seulun küçələrinə çıxarılıb.

Ümumdünya Səhiyyə Təşkilatının 25-ci təhlükəsizlik səviyyəsində təyin olunmuşdur ki, Cənubi Koreyanın paytaxtında ən zərərli kiçik PM2.5  hissəciklərin konsentrasiyası hər kubmetrə görə 125 mikroqramdan çoxdur. Onlar havada asılı vəziyyətdə yerləşən toz hissəciklərindən, his, müxtəlif zərrəciklər, həmçinin sulfatlardan və nitratlardan ibarətdir.

www.ÇıxışYolu.Com