Cəlilabadda keçmiş həyat yoldaşını qətlə yetirib, intihara cəhd edən şəxs
xəstəxanada ölüb
Cəlilabad rayonunda keçmiş həyat yoldaşını qətlə yetirib, intihara cəhd edən
1987-ci il təvəllüdlü Elxan Əmanov xəstəxanada ölüb.
“Report”un məlumatına görə, o, yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, fevralın 6-da Cəlilabad rayonu Muğan kəndində 1992-ci il
təvəllüdlü Aysel Abbasovanın bıçaqla qətlə yetirilməsi barədə polisə məlumat
daxil olub.
Cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı 1987-ci il
təvəllüdlü Elxan Əmanov hadisədən sonra sirkə turşusu içdiyi üçün xəstəxanaya
yerləşdirilmişdi.