CAR İsraildəki səfirini geri çağırır

Baxış sayı: 2. 902 dəfə baxılıb.

CAR İsraildəki səfirini geri çağırır

Rəsmi Pretoriya İsrail hökumətinin yürütdüyü siyasətə, o cümlədən İsrail hərbçilərinin Qəzzada dinc etirazçılara atəş açmasına etiraz olaraq öz səfirini həmişəlik İsraildən çıxarmağa hazırlaşır.

Newsru.co.il”in məlumatına görə, bu haqda Cənubi Afrika Respublikasının (CAR) Beynəlxalq Münasibətlər Nazirliyi bəyanat verib.

Nazirliyin bəyanatına görə, bu, iki ölkə arasında diplomatik münasibətlərin azaldılması istiqamətində atılan ilk addımdır. Eynilə İsrail diplomatik missiyası CAR-dan çıxarılacaq.  

Xatırladaq ki, ötən ilin may ayında Qəzza zolağında baş verən növbəti toqquşmalardan sonra CAR öz səfiri Sisu Nqombaneni İsraildən geri çağırmışdı. Yalnız üç aydan sonra o öz vəzifələrin icrasını davam etdirmişdi.