Paytaxtın iki rayonu susuz qalacaq

Paytaxtın iki rayonu susuz qalacaq

Bu gün saat 23:00-dan fevralın 23-ü saat 12:00-a kimi Yasamal və Nəsimi rayonlarının bir hissəsinə içməli suyun verilməsində fasilələr yaranacaq. 

Bu barədə ÇıxışYolu.Com-a “Azərsu” ASC-nin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, fasilə Yasamal rayonu ərazisində magistral kəmərdən yeni çəkilmiş xətlərə birləşmələrin verilməsi ilə əlaqədardır. 

www.ÇıxışYolu.Com

Ətraflı
Dövlət hesabına göstərilən hüquqi yardımın ödənişi artırıldı

Dövlət hesabına göstərilən hüquqi yardımın ödənişi artırıldı

Azərbaycanda dövlət hesabına göstərilən hüquqi yardıma görə ödənilən məbləğ 3 dəfə artırılacaq.

ÇıxışYolu.Com-ın xəbərinə görə, bu, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamda əksini tapıb.

Sərəncamla Nazirlər Kabinetinə vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 20-ci maddəsinin I hissəsinə müvafiq olaraq, müəyyən edilmiş məbləğin üç dəfə artırılmasının nəzərdə tutulması, habelə Vəkillər Kollegiyasının maddi-texniki təminatı ilə bağlı məsələlərin həlli üçün tədbirlər görmək, o cümlədən Kollegiyanın istifadəsində olan binaların təmiri, zəruri kompüter və digər avadanlığın, habelə nəqliyyat vasitələrinin alınması məqsədilə vəsaitin ayrılmasını təmin etmək barədə də tapşırıq verilib.

www.ÇıxışYolu.Com

Ətraflı
Vəkillər Kollegiyası bəyanat yaydı

Vəkillər Kollegiyası bəyanat yaydı

Vəkillər Kollegiyası Azərbaycan prezidenti İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” imzaladığı sərəncamla bağlı bəyanat yayıb.

ÇıxışYolu.Com-ın xəbərinə görə, bəyanatda deyilir:

“Vəkillik institutunun müstəqilliyinin əsasını qoyan, 1999-ci il 28 dekabr tarixdə Ulu öndər Heydər Əliyev tərəfindən imzalanmış “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun qəbulu həmin dövrdən etibarən Respublikamızda güclü və peşəkar vəkilliyin formalaşmasına təkan vermiş oldu ki, qeyd olunan qanun beynəlxalq təşkilatlar tərəfindən mütərəqqi normativ akt kimi qiymətləndirilib.

Bu gün ölkəmizdə insan və vətəndaş hüquqlarının peşəkar müdafiəsinin təmin edilməsi istiqamətində dövlətimiz tərəfindən çoxsaylı tədbirlər və layihələr icra olunur. Bu, nəinki vəkilliyin, həmçinin ümumən məhkəmə-hüquq sisteminin ən mütərəqqi meyarlara cavab verəcək şəkildə təşkilini ehtiva etməkdədir.

Bu mənada, adı çəkilən sərəncamın qəbulu təsadüfi deyil, və onun ali məqsədini vətəndaşların hüquqlarının müdafiəsinin məhz ən yüksək səviyyədə təmin edilməsi təşkil edir ki, sərəncam dövlətimizin bu sahəyə nə qədər diqqət ayırdığını əyani sübut etmiş olub. Belə ki, bundan sonra hüquqi yardımın göstərilməsinə görə, vəkillərə ödənilən haqq 3 dəfə artırılaraq 6 manat təşkil edəcək, regionlarında apellyasiya məhkəmələrinin, ağır cinayətlər məhkəmələrinin və inzibati-iqtisadi məhkəmələrin yerləşdikləri Gəncə, Lənkəran, Sumqayıt, Şəki və Şirvan şəhərlərində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının vəkil qurumlarının fəaliyyətinin təmin edilməsi məqsədilə onların müvafiq binalarla (yerlərlə) təmin ediləcək, respublikanın şəhər və rayonlarında yerləşən hüquq məsləhətxanaları təmir edilməklə, vəkil qurumlarının müasir İKT-nin imkanlarından yararlanmalarına imkan yaradacaq. 

Sərəncamda Vəkillər Kollegiyası və onun orqanlarının normal fəaliyyətinin təmin edilməsi üçün zəruri sahələrin ayrılması da nəzərdə tutulub.

Eyni zamanda Vəkillər Kollegiyasına tövsiyə edilib ki, Kollegiyaya yeni üzvlərin, xüsusən gənc hüquqşünasların qəbul edilməsi üçün şərait yaratsın, hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə vəkillərin peşə hazırlığının artırılması ilə bağlı tədbirlər görsün, vəkillərin öz fəaliyyətində yüksək peşə standartlarına ciddi riayət etmələrini təmin etsin, ölkə üzrə vətəndaşların yüksək keyfiyyətli hüquqi yardıma tələbatını təmin etmək məqsədilə regionlarda vəkillərin fəaliyyətinin stimullaşdırılması üçün tədbirlər hazırlayıb həyata keçirsin, hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün Vəkillər Kollegiyası tərəfindən pulsuz hüquqi xidmətlər göstərilməsini təşkil etsin, Vəkillər Kollegiyasının fəaliyyətində şəffaflığın artırılması və ictimaiyyətlə əlaqələrin daha da genişləndirilməsi ilə bağlı tədbirlər görsün, Vəkillər Kollegiyasının və vəkillərin fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini və hüquqi xidmətlərin elektron formada göstərilməsi təcrübəsini genişləndirmək üçün vəkilliyin vahid elektron informasiya sisteminin təşkili və bu sistemin “Elektron məhkəmə” informasiya sisteminə inteqrasiyası istiqamətində tədbirlər görsün.

Sonda Azərbaycan Respublikasının Vəkillər Kollegiyası öz üzvləri adından bildirir ki, Kollegiya respublikamızda ölkə başçısı İlham Əliyevin başçılığı ilə aparılan mütərəqqi məhkəmə-hüquq islahatlarını tam dəstəkləyir və vəkillərin müstəqil fəaliyyəti üçün yaradılmış bütün zəruri şəraitə görə möhtərəm cənab Prezidentə öz minnətdarlığını bildirir”.

www.ÇıxışYolu.Com

Ətraflı
Vəkillər Kollegiyası yeni bina ilə təmin olunacaq

Vəkillər Kollegiyası yeni bina ilə təmin olunacaq

Nazirlər Kabineti iki ay ərzində Vəkillər Kollegiyası Rəyasət Heyətinin Bakıda bina ilə təmin olunmasını təmin edəcək.

ÇıxışYolu.Com-ın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamda əksini tapıb.

Sərəncama əsasən, Nazirlər Kabineti iki ay müddətində regionlarda apellyasiya məhkəmələrinin, ağır cinayətlər məhkəmələrinin və inzibati-iqtisadi məhkəmələrin yerləşdikləri Gəncə, Lənkəran, Sumqayıt, Şəki və Şirvan şəhərlərində Vəkillər Kollegiyasının vəkil qurumlarının fəaliyyətinin təmin edilməsi məqsədilə onların müvafiq binalarla (yerlərlə) təmin olunması üçün də tədbirlər görməlidir.

www.ÇıxışYolu.Com

Ətraflı
Sizcə, debet kartın nə kimi üstünlükləri ola bilər?

Sizcə, debet kartın nə kimi üstünlükləri ola bilər?

“Expressbank”ın Expresso debet kartları digər bankların kartlarından çox seçiilir. Çünki onlar nağd vəsaitin saxlanılması üçün sıradan plastik kartdan daha artıq – maksimum imkanlar verən unikal kartlardır.

“Expressbank” müştəriləri Expresso kartlarını növbəti üstünlüklərinə görə sevirlər:

1. Ölkədaxili bütün alış-veriş mərkəzlərində ödəniş zamanı 20%-dək cashback

2. Kartdakı pulun qalığına illik 3% gəlir

3. Expressbank ATM-lərində komissiyasız nağdlaşdırma

4. Təmassız bank kartları

5. Xüsusi zövqlə hazırlanmış dörd dizayn arasında seçim imkanı

6. 3D Secure xidməti ilə təhlükəsiz alış-veriş

7. 700 ədədə yaxın ExpressPay terminalı ilə hesaba komissiyasız mədaxil imkanı

Qeyd edək ki, Expresso plastik kartlarına sahib olmaq istəyən müştərilər “Expressbank”ın istənilən filialına yaxınlaşmaqla və ya bankın rəsmi səhifəsindən onlayn qaydada sifariş verməklə Expresso karta sahib ola bilıərlər. 

“Expressbank”ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, altısı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 5000-dək POS-terminal və 700-ə yaxın ExpressPay ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi “Facebook” səhifəsinə (www.facebook.com/Expressbank) daxil ola bilərsiniz.

www.ÇıxışYolu.Com

Ətraflı
Mərkəzi Bank depozit hərracının məbləğini azaltdı

Mərkəzi Bank depozit hərracının məbləğini azaltdı

Mərkəzi Bank  vəsaitlərin cəlb edilməsi üzrə növbəti dəfə depozit hərracı keçirəcək.

ÇıxışYolu.Com xəbər verir ki, fevralın 26-da keçiriləcək depozit hərracında 200 mln. manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur.

Depozit hərracının müddəti 14 gün təşkil edir. “Bloomberg” ticarət platformasında keçiriləcək hərrac üzrə faiz dərəcələri 8,01-12,99%-dir.

Qeyd edək ki, Mərkəzi Bank 250 milyon manat həcmində depozit hərracı keçirib. Bank hərracın məbləğini 50 milyon manat azaldıb.

L.Ə.
www.ÇıxışYolu.Com

Ətraflı
ATƏT PA-nın Cənubi Qafqaz üzrə nümayəndəsi istefa verdi

ATƏT PA-nın Cənubi Qafqaz üzrə nümayəndəsi istefa verdi

ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin istefa verib.

ÇıxışYolu.Com xəbər verir, bu barədə o bu gün Vyanada ATƏT PA-nın qış sessiyasında hazırladığı yekun hesabatın təqdimatı zamanı bildirib.

K. Vigenin deyib ki, ATƏT PA-nın prezidenti Gerogi Sereteliyə bu gün yerli vaxtla saat 12:00-dan xüsusi nümayəndə vəzifəsindən istefa etməsi barədə müraciət edib.

O, istefa verməsinin səbəbini bütün səyini Siyasi Məsələlər və Təhlükəsizlik komitəsindəki məruzəçi vəzifəsinə yönəlmək niyyəti ilə əlaqələndirib.

www.ÇıxışYolu.Com

Ətraflı
Moody`s: Bankların kapital çatışmazlığı problemi var

Moody`s: Bankların kapital çatışmazlığı problemi var

Azərbaycan banklarının əksəriyyətində kapital çatışmazlığı problemi qalmaqdadır. 

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Moody`s”in hesabatında qeyd edilir.

Bildirilir ki, hazırda bank sektoru iqtisadiyyatı kifayət qədər kreditlə təmin etmək gücündədir:

“2017-ci ilin doqquz ayının nəticələrinə görə, bank kreditlərinin həcmi 25,9 faiz azalıb.

Ümumiyyətlə, son 20 ayda kreditləşmə aşağı düşüb. Real sektorun kreditləşməsi 2013-cü ilin martından indiyədək ən aşağı səviyyəyə (2017-ci ilin sentyabr ayında bu rəqəm 12,4 milyard manat olub) enib”. 

L.Ə.
www.ÇıxışYolu.Com

Ətraflı
“Moody`s” büdcənin profisitlə icra olunacağını açıqladı

“Moody`s” büdcənin profisitlə icra olunacağını açıqladı

Beynəlxalq reytinq agentliyi “Moody`s”ə görə, neftin qiymətinin yüksəlməsi Azərbaycanın valyuta mövqeyinin yaxşılaşmasına səbəb olub. 

ÇıxışYolu.Com xəbər verir ki, 2017-ci ildə neftin qiymətinin yüksəlməsi nəticəsində Azərbaycanın  maliyyə vəziyyəti yaxşılaşıb:

“Hesab edirik ki, hazırkı situasiya büdcə profisitinin ümumi daxili məhsulun 1 faizinə bərabər olmasına gətirib çıxaracaq. 2019-cu ildə isə büdcənin profisiti ÜDM-in 0,5 faizinə bərabər olacaq. 

Azərbaycan hökuməti valyuta rezervlərini qoruyub saxlayır. 2017-ci ilin sonunda Dövlət Neft Fondunun (ARDNF) aktivləri 35,8 milyard dollar təşkil edib. Bu fiskal bufer Azərbaycana daxili və xarici şoklarla mübarizə aparmaq üçün mühüm dəstək verir”.  

Qeyd edək ki, agentlik Mərkəzi Bankın rezervlərinin artacağını proqnozlaşdırır. 

L.Ə.
www.ÇıxışYolu.Com

Ətraflı
Azay Quliyevdən erməni deputata sərt cavab

Azay Quliyevdən erməni deputata sərt cavab

ATƏT Parlament Assambleyasının (ATƏT PA) 17-ci qış sessiyasının daimi komitəsinin iclasında Ermənistan nümayəndə heyətinin rəhbəri Hermine Nağdalyan Azərbaycana qarşı iftiralar səsləndirib. 

ÇıxışYolu.Com-ın xəbərinə görə, o, Cənubi Qafqazda həyata keçirilən infrastruktur layihələrində Ermənistanın düşünülmüş şəkildə təcrid edilməsini qeyri-qanuni addım kimi dəyərləndirib.

Erməni deputat beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsini öz fəaliyyətinin əsas prinsiplərindən biri elan edən ATƏT PA-nı regional layihələrdən kənarda qalan Ermənistana qarşı bu cür “haqsız” mövqeyə münasibət bildirməyə çağırıb.

ATƏT PA-nın vitse-prezidenti, Milli Məclisin deputatı Azay Quliyev isə çıxışında erməni deputatın söylədiyi məqamlara aydınlıq gətirib. 

O qeyd edib ki, ATƏT PA kimi nüfuzlu beynəlxalq platformada “Dağlıq Qarabağ respublikası” və ya “Dağlıq Qarabağ respublikasının parlamenti” kimi ifadələrin səsləndirilməsi qeyri-ciddiyyətdən xəbər verir:

“Heç bir beynəlxalq təşkilat belə bir qurumu tanımır və bütün bunlar ictimai fikri çaşdırmağa xidmət edən cəhdlərdən başqa bir şey deyil”.

A.Quliyev qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyev çıxışlarında azərbaycanlıların öz tarixi torpaqlarına qayıtmalı olduqlarını dəfələrlə vurğulayıb:

“Mənim öz ailəm Ermənistandan – əhalisinin əksəriyyətinin azərbaycanlılardan ibarət olan Zəngəzur mahalından didərgin salınıb. Həmin torpaqlar 1923-cü ildə sovet hakimiyyəti tərəfindən Azərbaycandan alınaraq Ermənistan ərazilərinə birləşdirilib”.

Daha sonra vitse-prezident bildirib ki, bu gün beynəlxalq nəqliyyat və infrastruktur dəhlizləri Azərbaycan ərazisindən keçir. Azərbaycan dəfələrlə Ermənistanın bu təşəbbüslərə qoşulmasına çalışıb, lakin bunun baş tutmamasında günah Azərbaycanın deyil, onilliklərdən bəri Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistanın üzərinə düşür.

O bildirib ki, Azərbaycan torpaqlarını işğal edən Ermənistan beynəlxalq layihələrdən təcrid olunmasından şikayətlənir. Bu şikayətin özünün məntiqi əsası yoxdur:

 “Mən erməni həmkarlarımı səmimi olmağa çağırıram. Aydındır ki, siz Yerevanda aldığınız təlimatları icra etmək üçün burada iştirak edirsiniz. Lakin sizi sessiyadakı işgüzar atmosferi pozmamağa çağırıram”.

Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com

Ətraflı
1 3. 867 3. 868 3. 869 3. 870 3. 871