db94f503-3564-49b3-8606-3bfe21d80e26..jpg

Çavuşoğlu: “Türkiyə və BMT-nin taxıl sazişinin uzadılması üzərində çalışır”

Baxış sayı: 881 dəfə baxılıb.

Çavuşoğlu: “Türkiyə və BMT-nin taxıl sazişinin uzadılması üzərində çalışır”

Ankara və BMT Qara dəniz taxıl dəhlizi müqaviləsinin uzadılması üzərində
işləyir. Bunu bazar günü Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Dohada
keçirilən BMT-nin Ən Az İnkişaf etmiş Ölkələr üzrə Beşinci Konfransının
açılışındakı çıxışı zamanı deyib.

“BMT ilə birgə əldə etdiyimiz İstanbul Taxıl Təşəbbüsü bir çox ölkələrə,
xüsusilə də ən zəif inkişaf etmiş ölkələrə kömək etdi, dünyadakı ərzaq
qiymətlərini aşağı saldı. Biz bunun problemsiz həyata keçirilməsini və
genişləndirilməsini təmin etmək üçün çox çalışırıq. Dünən gecə BMT-nin baş
katibi Antonio Quterreşlə məsələni müzakirə edirdik”, – deyə nazir bildirib.

Qeyd edək ki, Ukraynadan ərzaq ixracına dair müqavilələr ötən il iyulun 22-də
İstanbulda 120 gün müddətinə bağlanıb. Noyabrda taxıl müqaviləsinin müddəti
daha 120 gün uzadılıb və martın 18-də başa çatır.

Mənbə: Haber Global

Source link