3905fa36-5a84-46d4-8641-9f9f909a842e..jpg

“Çelsi” Premyer Liqanın tarixinə düşdü

Baxış sayı: 781 dəfə baxılıb.

“Çelsi” Premyer Liqanın tarixinə düşdü

“Çelsi” Premyer Liqanın yaranmasından bəri vergidən öncə 1 milyard avrodan çox
zərərə düşən ilk klub olub.

Ötən maliyyə ili üçün təqdim olunan hesabatlara görə, London klubu 2021/2022
mövsümündə ümumi dövriyyəsinin 547 milyon avrodan çox olmasına baxmayaraq,
138,1 milyon avro itirib.

2020/2021 mövsümündə “zadəganlar” 175 milyon avro itki ilə üzləşiblər. Lakin
bu rəqəm qismən koronavirus pandemiyasının yaratdığı böhranla izah olunub.

Cari mövsümə gəlincə, itkilər bu dəfə də əhəmiyyətli ola bilər. Belə ki,
“Çelsi” artıq transferlərə 600 milyon avrodan çox xərcləyib və öz oyunçularının
satışından isə cəmi 60 milyon avro qazanıb.

Bildirilir ki, maliyyə pozuntularına görə sanksiyalardan qaçmaq üçün klub bu
yay oyunçularını kütləvi şəkildə satmalı olacaq. Belə ki, İngiltərə
çempionatının reqlamentinə görə, klubun illik itkisi ardıcıl üç il ərzində 120
milyon avronu keçə bilməz.

Mənbə: sport24.ru

Source link