e02e1743-2143-4e96-80d5-52d80697fe56..jpg

Çempionlar Liqasında Azərbaycanın ən güclüsünü gözləyənlər

Baxış sayı: 826 dəfə baxılıb.

Çempionlar Liqasında Azərbaycanın ən güclüsünü gözləyənlər

Çempionlar Liqasının (ÇL) 2023/24 mövsümünün təsnifat mərhələlərinin 15
iştirakçısı müəyyənləşib.

Cixisyolu.com xəbər verir ki, ilkin və II təsnifat mərhələlərinin hərəsində
mübarizəyə başlayacaq komandalardan biri, II təsnifat mərhələsində start
verəcək kollektivlərdən 13-ü məlum olub.

İlkin mərhələdə yarışacaq İslandiya çempionu “Breydablik” və II təsnifat
mərhələsindən start götürəcək Norveç “Molde”si səpələnmişlər səbətində yer
alacaqlar. I təsnifat mərhələsinin 13 iştirakçısından 4-ü güclülər, 2-si
zəiflər səbətində qərarlaşacaq. 7 komandanın yeri hələlik məlum deyil.

Çempionlar Liqası
I təsnifat mərhələsi

Səpələnmişlər: “Astana” (Qazaxıstan), “Jalgiris” (Litva), HİK (Finlandiya),
“Flora” (Estoniya)
Səpələnməmişlər: “Valmiera” (Latviya), “Hamrun” (Malta)
Qeyri-müəyyənlər: “Şamrok Rovers” (Şimali İrlandiya), TNS (Uels), “Linkoln”
(Cəbəllütariq), “Şaxtyor” (Soliqorsk, Belarus), “Klaksvik” (Farer adaları),
“Dinamo” (Tbilisi, Gürcüstan), “Haken” (İsveç)

Azərbaycan çempionu mübarizəyə II təsnifat mərhələsindən başlayacaq. Premyer
Liqada 29 turdan sonra “Qarabağ” 77 xalla vahid liderdir. Sona 7 tur qalmış
Ağdam klubu ən yaxın izləyicisi “Sabah”ı 12 xal üstələyir. Növbəti iki oyunda
“atlılar”ın çempionluğu rəsmiləşə bilər.

“Qarabağ” çempion olsa, ÇL-də səpələnmişlər sırasında yer alacaq. Nəzəri
olaraq şansları qalan “Sabah” və “Neftçi” isə nisbətən zəiflərin sırasında
qərarlaşacaq.

Faiq Tahirov

Source link