Çempionlar Liqasının ilk 1/8 finalçısı müəyyənləşdi

Çempionlar Liqasının ilk 1/8 finalçısı müəyyənləşdi

Baxış sayı: 6. 814 dəfə baxılıb.

Moskvanın MOİK futbol klubu Çempionlar Liqasının 1/16 mərhələsinin cavab matçında Serbiya “Tsrvena Zvezda”sına qalib gələrək, turnirin növbəti pilləsinə yüksəlib.

ÇıxışYolu.Com xəbər verir ki, görüş fevralın 21-də, Moskvada baş tutub və MOİK-in 1:0 hesablı qələbəsi ilə bitib.

Oyunda yeganə qolu birinci tayma əlavə olunmuş vaxtda Alan Dzaqoyev vurub.

Qeyd edək ki, fevralın 13-də Belqradda baş tutmuş ilk matç 0:0 hesablı heç-heçə ilə başa çatmışdı. MOİK-in 1/8 finaldakı rəqibi püşkatma nəticəsində müəyyənləşəcək.

A.B.
www.ÇıxışYolu.Com