e44d88dc-0d9c-44a4-83f5-4a9757bd69dc..jpg

Cenevrədə Azərbaycanın SPECA-ya sədrliyi müddətində görüləcək işlər müzakirə edildi – FOTO

Baxış sayı: 900 dəfə baxılıb.

Cenevrədə Azərbaycanın SPECA-ya sədrliyi müddətində görüləcək işlər müzakirə
edildi – FOTO

Cenevrədə Azərbaycanın 2023-cü ildə BMT-nin Mərkəzi Asiya ölkələrinin
iqtisadiyyatı üçün Xüsusi Proqramına (SPECA) sədrliyi müddətində görüləcək
işlər müzakirə edilib.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter”də paylaşım edib.

“SPECA-nın iştirakçı dövlətlərinin nazirlər görüşündə Azərbaycanın sədrliyi
müddətində görüləcək işlər, üzv ölkələr arasında əməkdaşlığın təşviqi, milli
iqtisadiyyatların səmərəliliyini artırmaq üçün inteqrasiyanın dəstəklənməsi və
perspektiv layihələr barədə danışdıq”, – paylaşımda qeyd olunur.

Tədbirdə Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın
müvafiq sahəvi qurumlarının rəhbərləri iştirak ediblər.

Qeyd edək ki, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi
Proqramı (SPECA) 1998-ci ildə yaradılıb. Proqrama üzv dövlətlər Azərbaycan,
Qazaxıstan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Əfqanıstandır.
Proqramın məqsədi üzv dövlətlər arasında əməkdaşlığın inkişafı və dünya
iqtisadiyyatına inteqrasiyanın dəstəklənməsidir.

Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün #BMT
-nin Xüsusi
Proqramının (#SPECA
) iştirakçı
dövlətlərinin Nazirlər görüşündə Azərbaycanın 2023-cü ildə SPECA-ya sədrliyi
müddətində görüləcək işlər, üzv ölkələr arasında əməkdaşlığın təşviqi, milli
#iqtisadiyyat
-ların…
pic.twitter.com/2dqAFrVVyg
— Mikayil Jabbarov (@MikayilJabbarov) April 17, 2023

Source link