Çerniqovda azərbaycanlılar da raket zərbələrinə məruz qalıblar – FOTO

Baxış sayı: 657 dəfə baxılıb.

Çerniqovda azərbaycanlılar da raket zərbələrinə məruz qalıblar – FOTO

Rusiya ordusunun Ukraynanın Çerniqov şəhərinə endirdiyi növbəti raket
zərbələri nəticəsində azərbaycanlılar da zərər görüb.

Bu barədə “Report”un Şərqi Avropa bürosuna Çerniqov vilayəti Azərbaycanlılar
Konqresinin sədri İskəndər Vəliyev bildirib.

“Belə ki, mərkəzə yaxın yaşayan həmyerlilərimizin evləri raket zərbələrindən
ciddi dağıntılara məruz qalıb. Xoşbəxtlikdən həmin vaxt evdə və ərazidə
sakinlərdən heç kim olmadığı üçün azərbaycanlılardan ölən və yaralananlar
yoxdur. Ümumilikdə 140 nəfər yaralanıb, 7 nəfər ölüb. Son vaxtlar ümumiyyətlə
vilayətimizə sərhəd Rusiya və Belarus tərəfindən təhdidlər yenidən artıb”, –
İ.Vəliyev deyib.

Qeyd edək ki, hazırda Çerniqov da daxil olmaqla Ukraynanın Belarus ilə sərhəd
bütün vilayətlərində hava həyəcan siqnalları davam edir.

Xatırladaq ki, şəhərin mərkəzinə endirilən ağır tipli raketlər ötən ilin
aprelin əvvəlində Çerniqov vilayətinin işğalda olan ərazilərinin azad
edilməsindən sonra yaranan sakitliyin ardınca sükutun pozulmasıdır. Raket
zərbələri ciddi dağıntılara səbəb olub.

Source link