Çılğın Makqreqor UFC avtobusuna hücum etdi – VİDEO

Çılğın Makqreqor UFC avtobusuna hücum etdi – VİDEO

Baxış sayı: 3. 352 dəfə baxılıb.

Qarışıq döyüş növləri üzrə irlandiyalı döyüşçü Konor Makqreqor  Nyu Yorkda Mütləq döyüş çempionatının (UFC) “Barklays” mərkəzində keçirilən tədbirinə gəlib və aləmi bir-birinə qatıb.

ÇıxışYolu.Com “Lenta.ru”ya istinadən xəbər verir ki, hiddətlənmiş Makqreqor UFC döyüşçülərini daşıyan avtobusa hücum çəkib.

Videonun görüntüsü “YouTube” portalında yayılıb.

Videoda çılğın irlandiyalı idmançının dəmir çəpərdən yapışaraq, onu avtobusa çırpmağa çalışdığını görmək olur. 

Jurnalist Ariyel Helvaninin “Twitter”də paylaşdığı məlumata görə, Makqreqorun hücum etdiyi avtobusda rusiyalı döyüşçü Həbib Nurməhəmmədov olub və insident onun arenadan çıxdığı və avtobusa yollandığı əsnada baş verib.

Makreqorun ipə-sapa yatmayan hərəkətlərindən Amerikalı idmançı Maykl Kyoza xəsarət alıb.  Bundan başqa Makqreqor və  yaxın silahdaşı onun olduğu  avtobusun şüşələrini qırıb.

İrlandiyalı idmançının bu hərəkətinə görə, onun barəsində həbs qətimkan tədbirin seçildiyi bildirilir. Nyu York polisi hələ ki, bu məlumatı təsdiqləməyib. 

.
www.ÇıxışYolu.Com