5880422f-d72a-412e-a94f-40bd5a7f3c7e..jpg

Çin şirkətləri ilə tərəfdaşlıq gücləndirilir – FOTO

Baxış sayı: 600 dəfə baxılıb.

Çin şirkətləri ilə tərəfdaşlıq gücləndirilir – FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə
heyəti Pekində CIFTIS sərgisinin açılış mərasimindəiştirak edib
. Minlərlə yerli və xarici şirkətin öz
xidmətlərini nümayiş etdirdiyi tədbirə Çinin və digər ölkələrin rəhbər şəxsləri
qatılıblar. 2019-cu ildən Azərbaycan CIFTIS-də vahid ölkə stendi ilə təmsil
olunur.

Azərbaycan nümayəndə heyəti bir sıra Çin şirkətlərinin rəhbərləri ilə görüşüb.
Görüşlərdə qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti
vurğulanıb, ölkəmizin əlverişli işgüzar mühiti, investorlar üçün yaradılan
imkanlar, alternativ enerji sahəsində həyata keçirilən layihələr və
tərəfdaşlığın perspektiv istiqamətləri dəyərləndirilib.

“China Energy International Group Co. Ltd.” şirkətinin sədri Lü Dzesianq ilə
görüşdə tərəflər arasında ölkəmizin “yaşıl”
enerji potensialı, azad edilmiş ərazilərimizdə bu istiqamətdə həyata keçirilən
layihələr barədə məlumat verilib. Azərbaycan nümayəndə heyəti şirkətin
fəaliyyəti ilə tanış olub. Tərəflər günəş, külək, hidrogen enerjisi və dəniz
suyunun duzsuzlaşdırılması üzrə layihələrdə əməkdaşlıq barədə müzakirələr
aparıblar.

“Wenzhou Nixin Trading Co., Ltd” şirkətinin sədri Fan Cianşan ilə görüşdə
Azərbaycanda şirkət tərəfindən keramik plitələr
istehsalı zavodunun tikintisi layihəsi üzrə görülən işlər və əməkdaşlıq
imkanları nəzərdən keçirilib.

“Wontai Power” şirkətinin vitse-prezidenti Lin Boşenq ilə görüşdə
batareya enerjisi saxlama sistemi və külək
enerjisi stansiyası layihələrinə investisiya yatırılması sahəsində əməkdaşlıq
imkanları qeyd olunub. Tərəflər batareya enerjisi saxlama sisteminin qurulması
layihəsinin dövlət-özəl sektor tərəfdaşlığı əsasında həyata keçirilməsi
potensialını və digər əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Source link