f93787bd-43e3-4320-a911-316e4df3ed31..jpg

Çinin Hebey vilayətində ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş konsert olub – FOTO

Baxış sayı: 757 dəfə baxılıb.

Çinin Hebey vilayətində ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş
konsert olub – FOTO

Çinin Hebey vilayətinin Lanfan şəhərində Azərbaycan xalqının ümummilli lideri
Heydər Əliyevin 100 illiyinə həsr edilmiş “Azərbaycan-Çin dostluq konserti”
təşkil olunub.

Lanfandakı İpək Yolu Beynəlxalq İncəsənət Mərkəzində keçirilən konsert Heydər
Əliyev Fondunun dəstəyi ilə keçirilib.

Konsertdə Xalq artisti Ənvər Sadıqovun rəhbərliyi altında “Qaytağı”
instrumental ansamblının və “Mirvari” rəqs qrupunun ifasında Üzeyir
Hacıbəylinin, Fikrət Əmirovun, Niyazinin, Vasif Adıgözəlovun, Cahangir
Cahangirovun, Süleyman Ələsgərovun, Tofiq Quliyevin və başqalarının əsərləri,
xalq mahnıları və rəqsləri, habelə ənənəvi Çin xalq mahnısı, Ağdam Xan Şuşinski
Adına Uşaq Muğam Musiqi Məktəbinin şagirdi Mətin Cəfərovun ifasında “Qarabağ
şikəstəsi” təqdim olunub.

İncəsənət ustalarımızın çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Source link