Çinli cütlük öldükdən dörd il sonra övlad sahibi olublar

Çinli cütlük öldükdən dörd il sonra övlad sahibi olublar

Baxış sayı: 2. 499 dəfə baxılıb.

Çində 2013-cü ölən bir cütlük vəfatlarından əvvəl dondurduqları embriondan övlad sahibi olublar.

ÇıxışYolu.Com xəbər verir ki, körpə ana-atasının ölümündən dörd il sonra, ötən ilin dekabr ayında dünyaya gəlib.

Ölən cütlüyün ailələri dondurulmuş embriondan nəvələrinin dünyaya gəlməsi üçün bir müddətdir qanuni yollara baş vurublar. Qəzadan indiyədək Çindəki Nanjing xəstəxanasında mühafizə edilən embrionlar bir daşıyıcı anaya köçürülüb və sağlam uşaq dünyaya gəlib.

Mütəxəssislər bu hadisənin tarixdəki ilk nümunə olduğunu bildiriblər. Tiantian adı verilən uşağa ana və atasının ailələri baxacaq.

www.ÇıxışYolu.Com