ÇıxışYolu.Com – Avropada nəfəs kəsən futbol qarşılaşmaları keçirilib

Baxış sayı: 2. 573 dəfə baxılıb.

ÇıxışYolu.Com - Avropada nəfəs kəsən futbol qarşılaşmaları keçirilib

Avropada bir-birindən maraqlı oyunlar keçirilib.

ÇıxışYolu.Com xəbər verir ki, İtaliya A Seriyasında lider “Yuventus” Turində “Milan”ı qəbul edib. Qonaqlar hesabda öndə olsa da, fasilədən sonra meydan sahibləri iki qol vuraraq geri dönüş edə bilib – 2:1. “Napoli” bu tur “Cenoa” ilə görüşdə uduzsa, “Yuventus”un növbəti çempionluğu rəsmiləşəcək.

Almaniya Bundesliqasında Münhendə “Bayern” lider olan Dortmund “Borussiya”sını qəbul edib. Prinsipial qarşılaşmada meydan sahibləri əsas rəqibini 5:0 hesabı ilə darmadağın edib və bununla da Niko Kovaçın yetirmələri yenidən liderliyə yüksəlib.

İngiltərə FA Kubokunun yarımfinal mərhələsində isə “Mançester Siti” “İttihad”da “Brayton”la görüşüb. Qabriel Jezusun 4-cü dəqiqədə vurduğu qol “şəhərlilər”i bu turnirin finalına çıxarıb.

İspaniya La Liqasında mərkəzi görüş Kataloniyada baş tutub. “Kamp Nou”da “Barselona” Madrid “Atletiko”sunu qəbul edib. Liderlə ikinci pillədəki komandanın görüşü maraqlı keçib. Qonaqların çexiyalı qapıçısı Yan Oblakın müqavimətini yalnız 85 və 86-cı dəqiqələrdə qırmaq mümkün olub. Bununla da “Barselona” əsas izləyicisinə 2:0 hesabı ilə qalib gəlməklə, böyük ölçüdə çempionluğun taleyinə aydınlıq gətirib.

Səbuhi MUSAYEV