ÇıxışYolu.Com – Futbol millimizin rəqibi Beyl və Remzisiz qələbə qazandı

Baxış sayı: 3. 043 dəfə baxılıb.

ÇıxışYolu.Com - Futbol millimizin rəqibi Beyl və Remzisiz qələbə qazandı

Futbol millimizin AVRO-2020-nin seçmə mərhələsində rəqiblərindən olan Uels millisi 2019-cu ilə qələbə ilə başlayıb.

ÇıxışYolu.Com xəbər verir ki, Uels millisi Trinidad və Tobaqo millisi ilə öz meydanında yoldaşlıq oyunu keçirib.

Bu matçda baş məşqçi Rayan Qiqz aparıcı futbolçuları – Qaret Beyl və Aaron Remzini heyətə daxil etməyib. Bununla belə, Britaniya təmsilçisi Mərkəzi Amerika komandasına 1:0 hesabı ilə qalib gəlib. Yeganə qolu matça əlavə olunmuş ikinci dəqiqədə “Liverpul”un 19 yaşlı hücumçusu Ben Vudbörn vurub.

Qeyd edək ki, Uels millisi martın 24-də Kardifdə Slovakiya yığması ilə seçmə mərhələnin ilk görüşünə çıxacaq.

Səbuhi MUSAYEV