ÇıxışYolu.Com - Gömrükdə “kürü əməliyyatı”

ÇıxışYolu.Com – Gömrükdə “kürü əməliyyatı”

Baxış sayı: 2. 640 dəfə baxılıb.

Rusiyadan Azərbaycana qanunsuz yolla balıq kürüsü və tütün məmulatları keçirilməsinin qarşısı alınıb.

Dövlət Gömrül Komitəsinin məlumatına görə, “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttində “Mitsubishi Airtrek” markalı nəqliyyat vasitəsi saxlanılıb.

Baxış zamanı nəqliyyat vasitəsinin yanacaq çəninin içərisində xüsusi hazırlanmış gizli saxlanc yerindən gömrük nəzarətindən gizlədilən, qabları ilə birlikdə ümumi çəkisi 13 800 qram olan 26 ədəd plastik qablarda qara rəngli dənəvari balıq kürüsü və 700 ədəd “Belomorkanal” markalı siqaretlər aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.