ÇıxışYolu.Com - Goranboyda dəhşətli qəza: insanlar maşında yanaraq öldü

ÇıxışYolu.Com – Goranboyda dəhşətli qəza: insanlar maşında yanaraq öldü

Baxış sayı: 4. 759 dəfə baxılıb.

ÇıxışYolu.Com - Goranboyda dəhşətli qəza: insanlar maşında yanaraq öldü

Goranboyda ağır yol-nəqliyyat hadisəsi nəticəsində avtomobildə yanaraq ölən şəxslərdən birinin kimliyi məlum olub.

ÇıxışYolu.Com xəbər verir ki, bu, 1988-ci il təvəllüdlü Zəminə Mustafayevadır. 

09.22

Goranboyda ağır yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər maşında yanaraq ölüb.

Fövqəladə Hallar Nazirliyindən ÇıxışYolu.Com-a verilən məlumata görə, “Mercedes” markalı yük avtomobili ilə “Ford” markalı minik avtomobilinin toqquşması nəticəsində “Ford”da yanğın baş verib. 

Yanğının kəşfiyyatı zamanı minik avtomobilində şəxsiyyəti bilinməyən iki nəfərin yanmış meyiti aşkarlanıb. Cəsədlər yanğınsöndürənlər tərəfindən nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. 

Yük avtomobili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. 

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Könül Cəfərli