ÇıxışYolu.Com - Lənkəran sakini həmkəndlisini kəmərlə öldürdü

ÇıxışYolu.Com – Lənkəran sakini həmkəndlisini kəmərlə öldürdü

Baxış sayı: 3. 928 dəfə baxılıb.

ÇıxışYolu.Com - Lənkəran sakini həmkəndlisini kəmərlə öldürdü

Lənkəranda ötən ay törədilmiş qətlin üstü açılıb. 

ÇıxışYolu.Com-ın cənub bürosunun verdiyi məlumata görə, 2002-ci il təvəllüdlü Şamil Bağırovun meyiti rayonun Digah kəndində tapılıb.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində, cinayəti törədən Digah kənd sakini, 2001-ci il təvəllüdlü Əkbər Quliyev saxlanılıb. 

Araşdırma zamanı məlum olub ki, o, həmkəndlisini şəxsi münaqişə zəminində qətlə yetirib. 

Ə.Quliyev belindəki kəmərlə Ş.Bağırovu boğaraq öldürüb və meyiti kənddə yarımçıq tikilidə gizlədib. 

Faktla bağlı Lənkəran rayon Prokurorluğunda cinayət işi açılıb, hazırda araşdırma aparılır.