ÇıxışYolu.Com – Qadın cüdoçumuz olimpiya çempionuna qalib gəldi, medal qazandı

Baxış sayı: 2. 679 dəfə baxılıb.

Türkiyənin Antalya şəhərində cüdo üzrə beynəlxalq Qran Pri yarışına start verilib.

ÇıxışYolu.Com xəbər verir ki, turnirin ilk günündə Azərbaycan millisi hesabına bir medal yazdırıb. 

Qadınlar arasında 52 kq çəki dərəcəsində mübarizə aparan Gültac Məmmədəliyeva yalnız bir görüşdə uduzaraq bürünc medal qazanıb. Azərbaycan cüdoçusu üçüncü yer uğrunda görüşdə olimpiya çempionu, braziliyalı Sara Menezeşi məğlub edib.

Qeyd edək ki, Antalya Qran Prisində 75 ölkədən 485 (297 oğlan, 188 qız) cüdoçu mübarizə aparır. Beynəlxalq turnirə aprelin 7-də yekun vurulacaq.