ÇıxışYolu.Com - Sumqayıt sakini Mingəçevirdə narkotiklə tutuldu

ÇıxışYolu.Com – Sumqayıt sakini Mingəçevirdə narkotiklə tutuldu

Baxış sayı: 2. 520 dəfə baxılıb.

ÇıxışYolu.Com - Sumqayıt sakini Mingəçevirdə narkotiklə tutuldu

Sumqayıt sakini Mingəçevirdə narkotiklə tutulub. 

ÇıxışYolu.Com-ın məlumatına görə, Şəmşir Əmiraslanov şəhər polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanlıb.

Onun üzərinə baxış keçirilən zaman narkotik vasitələrlə yanaşı, bıçaq da aşkarlanaraq götürülüb. 

Dindirmə zamanı saxlanılan şəxs Sumqayıtdan Mingəçevirə gəlməkdə müəyyən planları olduğunu gizlətməyib. Havanın qaralmasını gözləyən şəxsin növbəti cinayət əməlini polis əməkdaşları vaxtında müəyyən edərək qarşısını alıb. 

Əvvəllər də məhkumluq həyatı yaşayan Şəmşir Əmiraslanov narkotik vasitələrin istifadəçisi olduğunu etiraf edərək, əməlindən peşman olduğunu dilə gətirib. 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Nazir Quliyev