ÇL-da 1/4 finalının matçları keçirilib – VİDEO

ÇL-da 1/4 finalının matçları keçirilib – VİDEO

Baxış sayı: 3. 618 dəfə baxılıb.

Çempionlar Liqasının 1/4 finalının matçları keçirilib.

ÇıxışYolu.Com xəbər verir ki,  Turinin “Alyans” stadionunda ev sahibi “Yuventus” klubu İspaniyanın “Real Madrid” komandası ilə üz-üzə gəlib.  

Artıq oyunun 3-cü dəqiqəsində Kriştiano Ronaldo topu uzaq doqquzluğa göndərərək hesabı açıb. Portuqaliyalı hücumçu Çempionlar Liqasında sərasər 10-cu matçdır ki, fərqlənir.

Qarşılaşmanın 64-cü dəqiqəsində Ronaldo bu dəfə akrobatik zərbə ilə Buffonu məyus edib.

72-ci dəqiqədə isə Marselo fərqi üç topa çatdırıb.

İspaniyanın “Estadio Ramon Sançez” stadionunda isə “Sevilya” komandası Almaniya çempionu “Bavariya”nı qəbul edib. Oyunun 31-ci dəqiqəsində Sarabiya “Sevilya”nı irəli çıxarıb.

Altı dəqiqə sonra Navas topu öz qapısına vuraraq, oyunda tarazlığı bərpa edib. 68-ci dəqiqə “Bavariya”nın yarımmüdafiəçisi Tiaqo Alkantara qonaqları hesabda önə çıxarıb. Matç Almaniya təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.