92486417-6fd7-40a7-94e9-baac89b91a34.jpg

ÇL-in Liqa mərhələsində IV turun ilk oyun gününün ən yaxşı futbolçuları

Baxış sayı: 439 dəfə baxılıb.

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turunun ilk oyun günündə
keçirilən doqquz görüşün ən yaxşı futbolçuları bəlli olublar.

Cixisyolu.com xəbər verir ki, PSV – “Jirona” görüşünün fərqlənən futbolçusu Malik
Tillman olub.

“Slovan Bratislava” – “Dinamo Zaqreb” matçında Sandro Kulenoviç ən yaxşılardan
biri olub.

“Bayer Leverkuzen”i 4:0 hesabı ilə məğlub edən “Liverpul”un futbolçusu Luis
Dias da yaxşılardan olub.

“Bolonya” – “Monako” matçında Tilo Kexer fərqlənənlər siyahısındakı yerini
alıb.

Gecənin böyük maraqla gözlənilən matçında “Milan”nın “Real Madrid”i 3:1 hesabı
ilə məğlub etdiyi görüşdə isə Mayk Menyan fərqlənməyi bacarıb.

“Borussiya Dortmund” – “Şturm Qraz” matçının ən yaxşı oyunçusu adını Malik
Yalkuye qazanıb.

1:1 hesablı heç-heçə ilə başa çatan “Lill” – “Yuventus” görüşündə fərqlənən
futbolçu isə Ayyub Buaddi olub.

“Seltik” – “Leypziq” matçının ən yaxşı oyunçusu Nikolas Köhn seçilib.

“Sportinq”in “Mançester Siti”ni 4:1 hesabı ilə məğlub etdiyi görüşün ən yaxşı
oyunçu mükafatına Viktor Qyökereş yiyələnib.

Qeyd edək ki, IV tura bu gün gecəyarısı keçiriləcək doqquz görüşlə yekun
vurulacaq.

Source link