cd6d0c23-4c13-4842-95bf-f127f17356f5..jpg

Con Kennedinin qardaşı oğlu ABŞ prezidentliyinə namizədlik üçün ərizəsini verdi

Baxış sayı: 573 dəfə baxılıb.

Con Kennedinin qardaşı oğlu ABŞ prezidentliyinə namizədlik üçün ərizəsini verdi

ABŞ-nin 35-ci prezidenti Con Kennedinin qardaşı oğlu, hüquqşünas və siyasətçi
kiçik Robert Kennedi 2024-cü ildə keçiriləcək prezident seçkisində namizəd
olmaq üçün ərizə verib.

69 yaşlı siyasətçi ABŞ Demokratlar Partiyasından namizədliyini irəli sürmək
niyyətindədir .

Siyasətçi ABŞ-nin keçmiş lideri Con Kennedinin (1917-1963) qardaşı senator
Robert Kennedinin (1925-1968) oğludur.

Qeyd edək ki, kiçik Kennedi vaksinasiyanın əleyhinədir. O, həm də ekoloji
fəaldır.

Yeri gəlmişkən, bildirək ki, kiçik Kennedi 2024-cü ildə prezidentliyə
namizədliyini irəli sürmək niyyətini təsdiqləyən ikinci demokrat namizəddir. Bu
ilin mart ayındayazıçı Marianna Villiamson
namizədliyini elan edib. Hazırkı ABŞ lideri Co Bayden isə yenidən seçiləcəyi
barədə ümidini açıq şəkildə bildirib, lakin hələlik yeni seçki kampaniyasına
başladığını açıqlamayıb.

Mənbə: TASS

Source link