eb14216b-915c-4bfe-9162-d55c25338c07..jpg

Dəhşətli qəza törədən bloqer “Nikosayağı”nın atası: “Deyir dostuma birşey olsa, mən də özümə nəsə edərəm”

Baxış sayı: 560 dəfə baxılıb.

Dəhşətli qəza törədən bloqer “Nikosayağı”nın atası: “Deyir dostuma birşey
olsa, mən də özümə nəsə edərəm”

“Hələ ki, yaxşı demək olmaz. Qabırğası qırılıb, boynunda kəskin ağrı var.
Depressiyadadır. Dostunu soruşur. Deyir ona nəsə olsa, mən də özümə nəsə
edərəm”.

Bu sözləri “Nikosayağı” adı ilə tanınan bloqer Nicat Şakirlinin atası,
nevropatoloq Nafiz Mütəllimov oğlunun səhhətindən danışarkən deyib.

Xatırladaq ki, Avqustun 15-də sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan
bloqer Nicat Şakirli qəzaya düşüb. Hadisə Heydər Əliyev prospektində qeydə
alınıb. N.Şakirli idarə etdiyi “Porsche” markalı avtomobili ilə TIR-a çırpılıb.
Qəza nəticəsində bir nəfər ölüb, ağır bədən xəsarətləri alan bloqer isə
xəstəxanaya aparılıb.

Source link