8e85cf31-b395-42bc-8439-1212b6422e28..jpg

Dəhşətli qəzada xəsarət alan Xalq artisti xəstəxanadan evə buraxıldı – FOTO

Baxış sayı: 848 dəfə baxılıb.

Dəhşətli qəzada xəsarət alan Xalq artisti xəstəxanadan evə buraxıldı – FOTO

Xalq artisti Mehriban Zəki müalicə aldığı xəstəxanadan evə buraxılıb.

Bu barədə APA-ya aktrisanın sənət dostu Turan Uğur məlumat verib.

Onun sözlərinə görə, Mehriban Zəkinin səhhətində problem yoxdur:

“Artıq hər şey qaydasındadır. Özünü yaxşı hiss edir”.

Xatırladaq ki, Xalq artisti Mehriban Zəki martın 22-si Abşeron rayonu Saray
qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb. Həmin qəza
zamanı Əməkdar mədəniyyət işçisi Oqtay Əliyev vəfat edib, həyat yoldaşı,
Əməkdar artist Dilarə Əliyeva da yüngül bədən xəsarətləri alıb.

Source link