Robert Dauni Cuniorun 2008-ci ildə çəkilən “Dəmir adam” filmində geyindiyi super qəhrəman kostyumu Los-Ancelesdəki bir depodan oğurlanıb.
ÇıxışYolu.Com “Gizmodo”ya istinadən xəbər verir ki, 325 min dollar dəyəri olan kostyumun axtarışına başlanılıb.
Kostyumun fevral və 25 aprel aralığında oğurlandığı güman edilir.
Qızıl üzlüklə örtülmüş metal kostyumda super qəhrəmanda olan reaktorun işlərini görən; saxta alov tullayan, tank topu, əl fənəri, projektor və onu yenidən həyata qaytaran bölmə var.
Sözügedən kostyumu həyata adaptasiya etmək və istifadə olunan silahlarla təmin etmək üçün 100 milyon dollar lazımdır.