0afc8384-a0cb-4ee9-8531-5a1bd442fe6a..jpg

Daha bir siyasətçi ABŞ prezidentliyinə namizədliyini açıqladı

Baxış sayı: 804 dəfə baxılıb.

Daha bir siyasətçi ABŞ prezidentliyinə namizədliyini açıqladı

Arkanzas ştatının keçmiş qubernatoru Asa Hatçinson 2024-cü ildə
Respublikaçılar Partiyasından prezidentliyə namizədliyini irəli sürmək
niyyətində olduğunu açıqlayıb.

Bu barədə o, “ABC News”a müsahibəsində bəyan edib.

“Mən qərar verdim və qərarım odur ki, ABŞ prezidentliyinə namizədliyimi irəli
sürmək istəyirəm”, – deyən siyasətçi rəsmi açıqlamanın aprel ayında
veriləcəyini bildirib.

Hatçinson həmçinin hesab edir ki, hakimiyyət Trampa qarşı cinayət ittihamı
irəli sürmək niyyətində olduqdan sonra keçmiş dövlət başçısı prezidentlik
yarışından öz namizədliyini geri götürsə daha yaxşı olar.

Source link