160a41c8-1376-40b7-a032-6713e47ba703..jpg

Daşaltı şəhidi 31 il sonra Xaçmazda dəfn olunub – YENİLƏNİB + FOTO

Baxış sayı: 507 dəfə baxılıb.

Daşaltı şəhidi 31 il sonra Xaçmazda dəfn olunub – YENİLƏNİB + FOTO

Birinci Qarabağ müharibəsi zamanı Daşaltıda itkin düşmüş, 31 il sonra
meyitinin qalıqları tapılmış Adil Kamal oğlu Niftəliyev Xaçmaz rayonunda dəfn
olunub.

“Report”un Şimal bürosu xəbər verir ki, şəhid yaylım atəşi və Dövlət Himninin
sədaları altında ata və anasının dəfn olunduğu Dədəli kənd qəbiristanlığında
torpağa tapşırılıb.

Dəfn mərasimində Xaçmaz Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə
orqanlarının əməkdaşları və rayon ictimaiyyəti iştirak ediblər.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev şəhidin tabutuna
sarılmış üçrəngli bayrağı A.Niftəliyevin qardaşına təqdim edib.

Qeyd edək ki, Xaçmaz rayonunun Kiçik Baraxum kənd sakini, 1966-cı il
təvəllüdlü Adil Kamal oğlu Niftəliyev birinci Qarabağ müharibəsi zamanı –
1992-ci il yanvarın 26-da Şuşa rayonunun Daşaltı kəndi uğrunda gedən döyüşlərdə
itkin düşüb.

2020-ci il noyabrın 9-da Daşaltı erməni işğalından azad olunandan sonra kənddə
azərbaycanlıların basdırıldığı kütləvi məzarlıq aşkarlanıb.

Ekspertiza zamanı meyit qalıqlarından birinin A.Niftəliyevə məxsus olduğu
təsdiqlənib.

14:58

Birinci Qarabağ müharibəsi zamanı Daşaltıda itkin düşmüş, 31 il sonra
meyitinin qalıqları tapılmış Adil Kamal oğlu Niftəliyevlə vida mərasimi
keçirilir.

“Report”un Şimal bürosu xəbər verir ki, vida mərasimi Xaçmaz rayonunun Kiçik
Baraxum kəndində keçirilir.

Mərasimdə mərhumun yaxınları, rayon icra hakimiyyətinin rəhbərliyi və
ictimaiyyət nümayəndələri iştirak edirlər.

O, Dədəli kənd qəbiristanlığında ata və anasının məzarlarının yanında dəfn
ediləcək.

Source link