6e35a11b-cdd6-4e4e-b374-51417e2cc195..jpg

Demet Akalın polis tərəfindən saxlanılan köhnə dostu Dilan Polat barədə danışdı: “Əri ilə gəlirdi…” – FOTO

Baxış sayı: 505 dəfə baxılıb.

Demet Akalın polis tərəfindən saxlanılan köhnə dostu Dilan Polat barədə
danışdı: “Əri ilə gəlirdi…” – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məşhur türkiyəli sənətçi Demet Akalın polis tərəfindən saxlanılan iş adamı
Dilan Polat və əri Engin Polat barədə ilk dəfə danışıb.

Cütlüyün saxlanılmasının görüntülərini “Demet və Jess ilə danışaq” adlı öz
proqramında yayımlayan Demet Akalın bəzi diqqətçəkən məqamlardan bəhs edib.

Məlum olub ki, əvvəllər təvazökar həyat sürən və doğum fotoqrafı olan Dilan
Polat bir müddət Demet Akalınla da çalışıb.

“Esra Balamir gətirmişdi Dilan Polatı yanıma. Şəkillər çəkməsi üçün. Oğlunun
fotolarını çəksin deyə Gülşənin yanına apardım. Bizim səhnə şəkillərimizi
çəkərdi, əri ilə gəlirdi. Dilan belə bir qız deyildi”, – deyə o bildirib.

“Sonra bəzi şeyləri hiss etdiyim üçün uzaqlaşdım. Ancaq yenə də onu belə
görməyimə kədərləndim”, – deyə Demet Akalın əlavə edib.

Xatırladaq ki, çirkli pulların yuyulması və vergidən yayınma iddiaları ilə bir
müddətdir ölkə gündəmində olan Dilan Polat və Engin Polat cütlüyü, həmçinin
onlarla birlikdə 17 şübhəli ötən gecə saxlanılaraq İstanbul Maliyyə Cinayətləri
ilə Mübarizə İdarəsində sorğu-sual edilib.

Mənbə: Haber Global

Source link