32acb120-766b-4076-af29-2249643a33a2..jpg

Deputat Hacıbala Abutalıbovun villalarının şəkillərini paylaşdı – FOTO

Baxış sayı: 713 dəfə baxılıb.

Deputat Hacıbala Abutalıbovun villalarının şəkillərini paylaşdı – FOTO

“Milli Məclisin dünənki plenar iclasında seçicilərimin Suraxanı rayonunun
ərazisinin 4 nəfər tərəfindən zəbt olunması barədə etdikləri kollektiv
müraciətləri əsasında bu haqda çıxış etdim. Bunlardan biri də 5 il bu rayonun
icra başçısı işləmiş Hacıbala Abutalıbovdur. Özünü mütrüb kimi göstərən bu
şəxsin illərlə bağlı qalan ikicə villasına diqqət edin. Bunlardan biri
Qaraçuxur qəsəbəsinin Rafiq Alıcanov küçəsində, digəri Şərq yaşayış massivində
yerləşir. Görün nə qədər ərazini zəbt edib”.

Bunu deputat Etibar Əliyev sosial şəbəkə hesabında bildirib.

“Seçildiyim Qaraçuxur və Yeni Günəşlidə uşaq bağçası, eyni zamanda xüsusi
qayğıya ehtiyacı olan uşaqlar üçün internat evinə ciddi ehtiyac var. Körpə
balaları qarlı-yağışlı günlərdə başqa ərazilərdəki bağçalara və internatlara
aparırlar. Hacıbala müəllimin vicdanı olsa qapısını açmadığı ona məxsus bu
əzəmətli villaları uşaqların ixtiyarına versə, Allaha da xoş gedər. Əks
təqdirdə hökumətin bu işə qarışması vacibdir. Çünki adını çəkdiyim digər 3 şəxs
və Hacıbala Abutalıbov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Suraxanı
rayonundakı hektarlarla ərazini qanunsuz zəbt ediblər”, – E.Əliyev qeyd edib.

Deputat paylaşımına həmin villaların fotolarını da paylaşıb.

Həmin görüntüləri təqdim edirik:

Source link